İranda 9 727 nəfər koronavirusa yoluxdu - 61 nəfər öldü

İranda 9 727 nəfər koronavirusa yoluxdu - 61 nəfər öldü

Hazırda oxunan: İranda 9 727 nəfər koronavirusa yoluxdu - 61 nəfər öldü

86343

İranda ötən sutka ərzində 9 727 nəfər koronavirusa (COVID-19) yoluxub, 61 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 998 nəfər, yoluxanların sayı isə 7,39 milyondan çoxdur. Virus daşıyıcılarından 1 227 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək təxminən 7,08 milyon nəfər koronavirusdan sağalıb, 53,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,2 milyon təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO