Bu ərazidə iki saat ərzində beş zəlzələ oldu

Bu ərazidə iki saat ərzində beş zəlzələ oldu

Hazırda oxunan: Bu ərazidə iki saat ərzində beş zəlzələ oldu

86304

Seysmoloqlar bazar günü səhər beş zəlzələ qeydə alıblar, yeraltı təkanların episentrləri Sakit okeanda, Kamçatkanın şərq sahillərində yerləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialında deyiblər.

"Zəlzələlərin ən güclüsü bazar günü yerli vaxtla saat 10:13-də qeydə alınıb. Onun maqnitudası 4,4 olub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 255 km cənub-şərqdə yerləşib", - deyə Rusiya Elmlər Akademiyasının nümayəndəsi bildirib.

O qeyd edib ki, bundan əvvəl iki saat ərzində təxminən eyni ərazidə - 3,9-4,0 bal gücündə daha dörd zəlzələ baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO