Ankara generalları təcili toplayır  ”“ Müharibə

Ankara generalları təcili toplayır ”“ Müharibə

Hazırda oxunan: Ankara generalları təcili toplayır ”“ Müharibə

84429
Ankarada ordu generallarının iştirakı ilə hərbi toplantı keçiriləcək.
xa0
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya sərhədlərindəki vəziyyətin müzakirə olunacağı toplantıya Suriya sərhədinə göndərilən bir sıra ordu generalları da çağırılıb.
xa0
Məlumata görə, toplantıda həyata keçirilməsi masa üzərində olan sərhəd hərəkatı ilə bağlı hazırlıqlar əməliyyata rəhbərlik edəcək generallarla müzakirə olunacaq.
xa0
Quru Qüvvələrinin komandiri general Hulusi Akar ilə 2-ci Ordu Komandiri general Adəm Huduti bu həftə ərzində sərhəd bölgəsindəki birlikləri yoxlayıb. Toplantıda 400-dən çox zirehli döyüş maşınının Suriya tərəfinə keçmək planları da müzakirə ediləcək. Bu döyüş maşınlarından İŞİD terror təşkilatının minaları döşəməsi və əl istehsalı olan partlayıcılardan istifadə ehtimalına qarşı istifadə olunacaq.
xa0
Sərhəd bölgəsində hərbi hərəkətliliyin isə davam etdiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO