Rus oliqarxlara daha bir ZƏRBƏ – İtaliya 800 milyonluq aktivlərini dondurdu

Rus oliqarxlara daha bir ZƏRBƏ – İtaliya 800 milyonluq aktivlərini dondurdu

Hazırda oxunan: Rus oliqarxlara daha bir ZƏRBƏ – İtaliya 800 milyonluq aktivlərini dondurdu

66036

Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Avropa İttifaqınınn sanksiyalarına məruz qalan rusiyalı iş adamlarının dondurulmuş aktivlərinin həcmi 800 milyon avrodan çox olub. 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi bildirib.

Draqinin sözlərinə görə, avropalı tərəfdaşların tətbiq etdiyi sanksiyalar Rusiya hökumətini Ukrayna ərazisində hərbi əməliyyatları dayandırmağa və danışıqlar masası arxasına oturmağa məcbur etməlidir. 

“Bizi parçalamaq istəyən Rusiyanın qarşısında Aİ və NATO olaraq birlik nümayiş etdirdik. İtaliya da dövlət olaraq, biz də rus oliqarxların Aİ siyahısında olan əmlakının 800 milyon avroluq hissəsini dondurduq”, - Draqi vurğulayıb. 

Xatırladaq ki, daha əvvəl Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire ölkə hakimiyyətinin Rusiya Bankının 22 milyard avro məbləğində vəsaitini dondurduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO