Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Hazırda oxunan: Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

642039

Kruiz gəmisinin göyərtəsindən dənizə düşən salvadorlu qadın açıq sularda 20 saat qaldıqdan sonra sağ olaraq xilas edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Need to Know" nəşri məlumat yayıb.

Hadisə Yunanıstanın Zakinf adasının təxminən 130 kilometr cənub-qərbində qeydə alınıb.

Sərnişinin dənizə düşməsi barədə məlumat daxil olduqdan sonra sahil mühafizə xidməti genişmiqyaslı axtarış tədbirlərinə başlayıb. Əməliyyata patrul və xilasedici katerlər, ərazidən keçən gəmilər, eləcə də Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "Super Puma" helikopteri cəlb olunub.

 

Zərərçəkmiş şəxs xilasedici dairənin içərisində sağ və şüurlu vəziyyətdə tapılıb. Onu axtarışlarda iştirak edən yük gəmisi aşkarlayıb. Xilasedicilər qadının yerini xilasedici dairənin üzərindəki yanıb-sönən işıq sayəsində müəyyən edə biliblər.

 

Xilasetmə gəmisinə qaldırılan qadına dərhal ilkin tibbi yardım göstərilib. Daha sonra o, nəzarətdə saxlanılması üçün xəstəxanaya yerləşdirilib.

Sahil mühafizə xidmətinin nümayəndəsinin sözlərinə görə, sərnişin sahilə çıxmaq istədiyi üçün gəmidən tullandığını bildirib. Polis hazırda hadisənin bütün təfərrüatlarını araşdırdığını açıqlayıb. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO