Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

Hazırda oxunan: Roma Papası ölüm hökmünü dəstəkləyən kilsə doktrinasını ləğv edir

641539

Roma Papası I Fransisk ölüm hökmünə qarşı çıxıb.

Bizim.Media The New York Times  nəşrinə istinadən xəbər verir ki, Papa ölüm hökmünün insan ləyaqətinə qarşı olduğunu bildirib.

Papa bu hökmü bütün hallarda qəbuledilməz hesab edib və bunun ləğvi üçün kilsənin böyük səylə çalışacağını bildirib.

O bu barədə Roma Katolik Kilsəsinin Katexizminə, doktrina kitabına dəyişiklik edilməsi haqda təlimat verib.

Qeyd edək ki, bu hadisə katolik təlimində böyük dəyişikliyə səbəb olacaq. Hazırda bütün dünyada 1,2 milyard üzv kilsələrdə bu kitabdan katolik təlimi keçir. Bu vaxta kimi bu doktrinada həyatları qorumaq üçün ölüm hökmü “yeganə praktik yol” kimi qəbul edilirdi. Bu vaxta kimi katolik siyasətçilər, hakim və vəzifəlilər bu doktrinaya söykənərək ölüm hökmünü müdafiə edirdilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO