2026-cı ildə istehsal edilən avtomobil modellər arasında etibarlılıq baxımından birinci yeri Yaponiyanın "Honda CR-V" modeli tutub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, "Honda CR-V" 100 baldan 83 xal toplayıb.
Bu göstərici sənaye üzrə orta səviyyədən xeyli yüksək olsa da, "Honda CR-V"-nin qalib gəlməsi bir sıra amillərin kombinasiyası ilə izah olunur. Əsas amillərdən biri istismar xərcləri olub; "RepairPal"ın məlumatına görə, "CR-V" üçün illik texniki xidmət xərcləri təxminən 407 dollar təşkil edir.
Ekspertlər həmçinin modelin texniki xidmət tələbatının az olmasını vurğulayaraq qeyd ediblər ki, ilk beş il ərzində ciddi təmirə ehtiyac yaranması ehtimalı cəmi 22% qiymətləndirilir.
Krossoverin etibarlı benzin mühərriki də onun xeyrinə işləyən amillərdən olub. Belə ki, elektrik avtomobillərində texniki problemlər digər avtomobillərə nisbətən 46% daha tez-tez müşahidə olunur, "plug-in" hibridlərdə isə bu rəqəm 70%-ə çatır.
Mütəxəssislər bu tez-tez yaranan problemləri həmin nəqliyyat vasitələrinin mürəkkəb mühəndislik quruluşu ilə əlaqələndirirlər, halbuki ənənəvi daxili yanma mühərrikləri müqayisədə daha az problem yaradır.
Modelə olan etimad həm də "Honda"nın öz nüfuzu ilə güclənir. Brend uzun müddətdir ki, etibarlılıq baxımından güclü mövqe tutur və yalnız bir neçə seçilmiş istehsalçıdan – xüsusilə "Toyota", "Lexus" və "Subaru"dan geri qalır.
Bizim.Media
































































































