ABŞ-nin Alyaska yarımadasında 5,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Ankoric şəhərindən 322 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 87,6 kilometr dərinlikdə olub.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5,5 bal qiymətləndirib.
Bizim.Media

































































































