Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Hazırda oxunan: Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

640684

Yaponiyanın paytaxtı Tokioda iştirakçıların ən tez və ən dərin yuxuya getmək uğrunda yarışdığı müsabiqə keçirilib. “Matt Race” adlanan yarışda iştirakçılar yuxunu izləyən cihazlarla təchiz olunaraq 90 dəqiqəyədək döşəklərdə yatıblar. Qalibə 2 milyon yendən, yəni təxminən 14 min dollardan çox mükafat verilib.

Bizim.Media xəbər verir ki, müsabiqəni təşkil edən “Koala Sleep Japan” şirkətinin nümayəndəsi Riichiro Nakama bildirib ki, Yaponiyada yuxusuzluq geniş yayılıb və insanlar çox işləyirlər.

Yarış vasitəsilə yuxuya marağın artırılmasının məqsəd olduğu qeyd edilib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci il məlumatlarına görə, yaponlar sutkada orta hesabla 7 saat 24 dəqiqə yatıb.

Bu, təşkilata üzv ölkələr arasında ən aşağı göstərici olub.

Yarışın qalibi Suimii adlı iştirakçı seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO