Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Hazırda oxunan: Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

640374

Böyük Britaniyanın ikinci ən varlı şəxsi hesab edilən milyarder Devid Ruben ölkəni tərk edərək Monakoya köçüb.

Bizim.Media “The Independent”ə istinadla xəbər verir ki, 88 yaşlı daşınmaz əmlak maqnatı və “Nyukasl Yunayted” futbol klubunun səhmdarı olan Devid Rubenin kiçik qardaşı Saymon Rubenlə birlikdə sərvətinin təxminən 28 milyard funt sterlinq olduğu bildirilir. 

Ruben qardaşları bu il “The Sunday Times” qəzetinin hazırladığı ən varlı şəxslərin siyahısında ikinci yerdə qərarlaşıblar. Onlar Londondakı tarixi binaların yenidən qurulması ilə də tanınırlar.

Milyarderin sözçüsü onun Monakoya köçdüyünü təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. Devid Rubenin gedişi Leyboristlər hakimiyyətə gəldikdən sonra Böyük Britaniyanı tərk edən bir sıra varlı iş adamlarının köçünün davamı kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO