Meksikada sürüşmədən canlı reportaj hazırlayan jurnalistləri yük maşını vurub – Video

Meksikada sürüşmədən canlı reportaj hazırlayan jurnalistləri yük maşını vurub – Video

Hazırda oxunan: Meksikada sürüşmədən canlı reportaj hazırlayan jurnalistləri yük maşını vurub – Video
640129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meksikanın Monterrey şəhərində güclü yağışların yaratdığı sürüşməni işıqlandıran jurnalistlər canlı yayım zamanı qəza keçiriblər.

Bizim.Media xəbər verir ki, “Gamavision”un müxbiri Alma de la Rosa Flores və operator Kristo Morales hadisə yerindən reportaj hazırlayarkən yük maşını idarəetmədən çıxaraq onların üzərinə sürüşüb.

Morones Prieto küçəsində baş verən hadisə canlı yayımda lentə alınıb və toqquşmadan sonra yayım dayandırılıb. Jurnalistlərə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, onların vəziyyəti stabildir. Operator Kristo Moralesin isə ayağından daha ciddi xəsarət aldığı və sınıq ehtimalının olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır. Yük maşınının sürücüsü saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO