İranda türk mənşəli adların qoyulması qadağan edilir

İranda türk mənşəli adların qoyulması qadağan edilir

Hazırda oxunan: İranda türk mənşəli adların qoyulması qadağan edilir

632335

İran İslam Respublikasında türkmənşəli adların qoyulmasına qarşı təzyiqlər davam edir. 

Bizim.Media Azad İrana istinadən xəbər verir ki, Şəbüstər rayonunun Bandər Şərəfxanə şəhərindən olan azərbaycanlı türk ailənin “Elin” adlı qızının iki aylığı tamam olub. 

Lakin Vətəndaşlıq Aktlarının  Qeydiyyatı İdarəsinin onun türk adına etiraz etməsi səbəbindən uşaq hələ də doğum haqqında şəhadətnamə ala bilməyib.

Bu haqda uşağın atası Bəhram Əliyar bildirib: 

"Qızımız 15 iyun 2026-cı ildə dünyaya gəlib və biz onun adını Elin qoyduq. Türk dilində bu ad ‘elə mənsub olan, seçilmiş, ailənin sevimlisi’ mənalarını verir”. 
 

Lakin Şəbüstər Qeydiyyat İdarəsinin əməkdaşları doğum haqqında şəhadətnamə verməkdən imtina edərək bildiriblər ki, ad türk mənşəli olduğu üçün sistem onu qəbul etmir. 


Qeyd edək ki, İranda “Balamın adı” adlı  kampaniya 2025-ci ildən başladılıb. Kampaniya İranda, xüsusən Cənubi Azərbaycanda uşaqlara türk adlarının qeydiyyata alınması ilə bağlı məhdudiyyətlərə etiraz məqsədi daşıyır.

Kampaniyanın petisiyasını 15 761 nəfər imzaladıqdan sonra prezident Məsud Pezeşkian 2025-ci ilin avqustunda Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı məhdudiyyətləri araşdırmaq və aradan qaldırmaq barədə göstəriş verib.
 

2026-cı ilin avqustuna qədər verilən məlumata görə, təxminən 500 nəfər məhkəmə yolu ilə bu adla doğum haqqında şəhadətnamə ala bilib, amma ad hələ də rəsmi “icazə verilən adlar” siyahısına salınmayıb.


“Alp Arslan”, “Atalay”, “Alaz”, “Sevgi”, “Elnur”, “Elşən”, “Elyar” və başqa adlarla bağlı da qeydiyyat problemləri sənədləşdirilib. Bəzi ailələr məhkəmə yolu ilə həmin adları rəsmiləşdirə biliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO