Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Hazırda oxunan: Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

631871

Türkiyənin keçmiş nəqliyyat naziri Arif Əhməd Dənizoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda mühüm addım atılıb və onun məzarının açılmasına qərar verilib.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, qərar çərçivəsində Arif Əhməd Dənizoğlunun məzarı açılacaq və ölüm səbəbi ilə bağlı yenidən məhkəmə-tibbi araşdırma aparılacaq.
 

Beləliklə, siyasətçinin illərdir müzakirə mövzusu olan ölümünün təbii səbəblərdən baş verib-vermədiyi, yaxud hər hansı xarici müdaxilənin olub-olmadığı elmi və məhkəmə ekspertizasının nəticələri nəzərə alınmaqla yenidən araşdırılacaq.


Xatırladaq ki, Arif Əhməd Dənizoğlu 6 sentyabr 2016-cı ildə vəfat edib.

Ölümündən sonra hadisənin təbii səbəblərdən baş verdiyinə dair qiymətləndirmələrlə yanaşı, illər ərzində ölümünün şübhəli olduğuna dair iddialar da ortaya atılıb.

Dənizoğlunun ailəsi tərəfindən edilən müraciətlərdə ölümün şübhəli olduğu irəli sürülüb və hadisənin yenidən araşdırılması tələb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO