Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Hazırda oxunan: Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI
631854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Mangışlaq yarımadasında arxeoloqlar dünya elmi üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntıya imza atıblar.

Bizim.Media “baku.ws”yə istinadla xəbər verir ki, Aktau şəhəri yaxınlığındakı Karakabaq nekropolunda aparılan qazıntılar zamanı təxminən 1500 il əvvəl (V–VI əsrlər) dəfn edilmiş gənc və varlı qadına aid məzar aşkarlanıb.

Hamını heyran qoyan əsas detal isə qadının geyimi və qızıl ayaqqabısı olub.
 

Ayaqqabı gündəlik istifadə üçün yox dəfn mərasimi üçün hazırlanıb. Ayaqqabı və kəmərlərdəki toqqaların gündəlik istifadəyə uyğun olmaması, bu dəbdəbəli geyimlərin qadının sağlığında geyindiyi əşyalar olmadığını göstərib. Bütün bu bəzək və aksesuarların yalnız dəfn mərasimi üçün xüsusi olaraq istehsal edildiyi qiymətləndirilir.


Arxeoloqların araşdırmalarına görə, ayaqqabılara tamamilə qızıldan hazırlanmış görünüşü verildiyi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO