Ukraynalı idmançı Vladimir Kliçkonun keçmiş nişanlısı, amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Haydenin atası Skip Panettiere açıqlayıb.
Hayden aktrisalıq fəaliyyətinə uşaq yaşlarında başlayıb, lakin dünya şöhrətini "Heroes" (Qəhrəmanlar) serialındakı Kler Bennet rolu ilə qazanıb.
O, həmçinin "Nashville", "Scream" və "Remember the Titans" kimi layihələrdə rol alıb, uşaqlıq illərində isə "A Bug's Life" (Həşəratın həyatı) animasiya filmində Dot obrazını səsləndirib.
Ukraynada aktrisa həm də Vladimir Kliçko ilə olan münasibəti ilə tanınırdı. Onlar 2009-cu ildə görüşməyə başlayıb, 2013-cü ildə nişanlandıqlarını elan edib və 2014-cü ildə Kaya adlı qız övladları dünyaya gəlib. Cütlük ayrıldıqdan sonra qızları atasının yanında qalıb.

Bizim.Media



































































































