Belçikada meşə yanğını Almaniyaya da yayılır - 5 min nəfər təxliyəyə hazırlaşır - VİDEO

Belçikada meşə yanğını Almaniyaya da yayılır - 5 min nəfər təxliyəyə hazırlaşır - VİDEO

Hazırda oxunan: Belçikada meşə yanğını Almaniyaya da yayılır - 5 min nəfər təxliyəyə hazırlaşır - VİDEO

631438

Belçikanın Almaniya sərhədində yerləşən Hohe Fenn bölgəsində baş verən genişmiqyaslı meşə yanğını Almaniyanın Monşau şəhəri üçün də təhlükə yaradıb.

Bizim.Media xəbər verir ki, şəhərin bir neçə rayonunda yaşayan təxminən 5 min nəfərə mümkün təxliyəyə hazırlaşmaq barədə xəbərdarlıq edilib.
 

Sakinlərdən vacib əşyalarını hazırlamaq, qonşularını məlumatlandırmaq və imkanları varsa, müvəqqəti olaraq qohum və dostlarının yanına getmək tövsiyə olunub. Hazırda təxliyənin başlanması ilə bağlı yekun qərar verilməyib.


Belçikada isə Surbrodt, Bütgenbax, Kükelsşayd və Leykaul yaşayış məntəqələrinin sakinləri artıq təxliyə edilir.

Yanğın nəticəsində 2 700 hektardan çox meşə ərazisinin məhv olduğu bildirilir. Bu, Belçika tarixində ən böyük meşə yanğınlarından biri hesab olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO