101 yaşlı kişi və 100 yaşlı həyat yoldaşı uzunömürlülüyün 5 sirrini açıqladı

101 yaşlı kişi və 100 yaşlı həyat yoldaşı uzunömürlülüyün 5 sirrini açıqladı

Hazırda oxunan: 101 yaşlı kişi və 100 yaşlı həyat yoldaşı uzunömürlülüyün 5 sirrini açıqladı

630985

ABŞ-ın Tennessi ştatında yaşayan 101 yaşlı Con Kerroll və 100 yaşlı həyat yoldaşı Cerri 80 illik evliliklərindən və uzun ömürlərindən danışaraq sadə vərdişlərini bölüşüblər.

Bizim.Media xəbər verir ki, cütlüyün fikrincə, uzunömürlülüyün əsas qaydaları bunlardır:

Sevdiyiniz yeməklərdən imtina etməmək;

Bir-birini sevmək və qayğı göstərmək;

Mümkün qədər uzun müddət müstəqil qalmaq;

Hər gün fiziki aktiv olmaq;

Ailə, dostlar və cəmiyyətlə əlaqəni kəsməmək.
 

Cütlük həftədə bir neçə dəfə restoranlara gedir, hər cümə günü isə dostları ilə McDonald's-da səhər yeməyi yeyir. Onlar həmçinin ailələri ilə vaxt keçirir və kilsəyə gedirlər.


Cerri uzunömürlülüyün ən vacib şərtlərindən birinin özünü cəmiyyətdən təcrid etməmək olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO