Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

Hazırda oxunan: Zibil hesab edilən 500 min ton qabıq 20 il sonra möcüzə yaratdı

630453

Təxminən 20 il əvvəl ABŞ-nin Florida sahillərində dənizə atılan 500 min tondan çox dəniz molyusku qabığı illər sonra böyük ekoloji layihənin əsasına çevrilib.

Bizim.Media xəbər verir ki, 2007-ci ildə restoran və dəniz məhsullarının emalı müəssisələrindən toplanan idəniz molyusku qabıqları Meksika körfəzinin sularına yerləşdirilib.

Həmin vaxt layihə ciddi tənqid olunub.

Bir çox insan qabıqların dənizə atılmasını okeanın tullantı poliqonuna çevrilməsi kimi qiymətləndirib. Hətta tədqiqatçılar da layihənin nəticəsinin necə olacağını tam əminliklə proqnozlaşdıra bilməyiblər. 

Lakin illər ərzində dənizin dibində böyük dəyişiklik baş verib.

Qabıqlar dənizin dibinə yerləşdirildikdən sonra onların üzərində bakteriyalar və digər mikroorqanizmlər məskunlaşıb. Zamanla qabıqlar parçalanaraq suya kalsium buraxıb və dəniz mühitinə təsir göstərib.

Əvvəllər yumşaq və qumlu olan dəniz dibi qabıqlar sayəsində daha sərt səthə çevrilib. Bu isə gənc dəniz molyusklarının həmin əraziyə yapışaraq böyüməsinə şərait yaradıb.

Təxminən 20 il davam edən bərpa işləri nəticəsində bölgədə istiridyələrin sayında ciddi artım müşahidə olunub.

Dəniz molyusku qabıqları suyu təbii şəkildə süzərək onun keyfiyyətinin yaxşılaşmasına kömək edib. Bunun nəticəsində zərərli yosunların kütləvi artımı azalıb. Bölgə zamanla müxtəlif dəniz canlıları üçün əlverişli yaşayış məkanına çevrilib. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO