İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşüb.
Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, görüş İsrail hərbi rəhbərliyinin operativ forumu çərçivəsində keçirilib. Kuper ABŞ və İsrail silahlı qüvvələri arasında strateji tərəfdaşlığın “tarixi” xarakter daşıdığını vurğulayıb.
Zamir isə ABŞ ordusu ilə əməkdaşlığı İsrail üçün “strateji dayaq” adlandırıb və təşəkkür əlaməti olaraq Kuperə medal təqdim edib.
Davam edən siyasi danışıqlar fonunda Zamir İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətini qoruduğunu bildirib.
O, ordunun “intensiv döyüş əməliyyatlarına sürətlə qayıtmağa” hazır olduğunu vurğulayıb.
Baş Qərargah rəisinin sözlərinə görə, İsrail ordusu əldə etdiyi nəticələrdən istifadə etməli və vəziyyətin istənilən istiqamətdə inkişafına hazır olmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:30 / 10.08.2026
İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi
Hazırda oxunan: İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi
Hazırda oxunan: İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi
630394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































