Almaniya səmasında NƏ BAŞ VERİR? - UNO müşahidələrində rekord

Almaniya səmasında NƏ BAŞ VERİR? - UNO müşahidələrində rekord

Hazırda oxunan: Almaniya səmasında NƏ BAŞ VERİR? - UNO müşahidələrində rekord

630232

Pentaqonun naməlum anomal hadisələrlə (UAP/UFO) bağlı məxfiliyi ləğv olunmuş materialları dərc etməsindən sonra Almaniyada Uçan Naməlum Obyektlərlə (UNO) bağlı rekord sayda müraciət qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Euronews" Sıradan Kənar Səma Hadisələrini Mərkəzi Tədqiqat Şəbəkəsinin (CENAP) məlumatlarına istinadən məlumat yayıb.

Mərkəz avqust ayına olan məlumata görə Almaniya sakinlərindən daxil olan 14 000-ə yaxın müraciəti araşdırıb.

CENAP-ın rəhbəri Hansyurgen Kelerin (Hansjürgen Köhler) sözlərinə görə, təşkilat hazırda hər gün 3-dən 6-dək yeni müraciət qəbul edir. O vurğulayıb ki, mərkəz fəaliyyəti dövründə heç vaxt bu qədər intensiv bildiriş axını ilə qarşılaşmayıb.

Mövzuya marağın kəskin artması ABŞ hakimiyyətinin UNO-larla bağlı rəsmi sənədləri yayımlaması fonunda baş verib.

Müraciətlərin çoxu adi səma hadisələridir

Bununla belə, CENAP mütəxəssisləri daxil olan müraciətlərin mütləq əksəriyyətinin adi təbiət və ya insan amili ilə izah olunduğunu bildirirlər. Sakinlər çox vaxt təyyarələri, helikopterləri, peykləri, raket pillələrini, meteorları, planetləri və hətta lazer şüalarını UNO ilə dəyişik salırlar.
 

H. Keler bəzi halların cavabsız qalmasını onların yadplanetli mənşəli olması ilə deyil, sadəcə vizual məlumatların və dəqiq koordinatların yetərsizliyi ilə izah edir.


Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi bu cür hadisələrin tədqiqi üçün xüsusi AARO idarəsini yaradıb, Prezident Donald Trampın tapşırığı ilə isə Müdafiə Nazirliyinin saytında kosmik hadisələr və kənardan gələn zənglər haqqında materialların ardıcıl dərci başladılıb. Avqustun 7-də isə Pentaqon Yaxın Şərqdən çəkilmiş kadrlar da daxil olmaqla, daha 16 yeni videoçarxı ictimaiyyətə təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO