İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

Hazırda oxunan: İtaliya XİN: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

630209

İtaliyanın xarici işlər naziri Antonio Tajani İspaniyanın Seuta şəhərinə qeyri-qanuni miqrant axınından sonra Şengen sazişinin İspaniya ilə sərbəst hərəkətə dair müddəalarının dayandırılmasının terror təhlükəsinin qarşısının alınması ilə bağlı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Tajani İspaniya hakimiyyətinin buna cavab olaraq sərhəd nəzarətini gücləndirməsini “qəbuledilməz və izaholunmaz” adlandırıb.

“Biz İspaniyaya qarşı deyilik, lakin sərhədlərimizi qorumalıyıq. Şübhə yoxdur ki, Saxaradan cənubda yerləşən ölkələrdən gələnlər islamçı terror təhlükəsi yaradır. İspaniya polisi şübhəli şəxsləri saxlayır”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, əsas narahatlıq Seutaya gələn mərakeşlilərin özləri deyil, Mərakeş ərazisindən tranzit kimi istifadə edərək üçüncü ölkələrdən gələn şəxslərdir.

Tajani təhlükəsizlik vəziyyəti normallaşan kimi tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılacağını da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO