Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Hazırda oxunan: Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

630199

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın genişmiqyaslı müharibənin astanasında olduğunu hesab edir.

Bizim.Media  xəbər verir ki, o, bu barədə "Axel Springer" media konserninin idarə heyətinin sədri Mattias Döpfnerin podkastında danışıb.

O, son vaxtlar Ukraynada sülhə nail olmaq üçün kiminsə təşəbbüs göstərəcəyinə ümid etdiyini deyib.

"Bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu isə o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq", - Serbiya prezidenti vurğulayıb.

Vuçiç Ukraynadakı münaqişənin 2026-cı ildə başa çatacağını düşünmür.

"Mən bu il müharibənin bitəcəyini görmürəm, gələn yazdan əvvəl də müharibənin sona çatacağını düşünmürəm", - deyən prezident hazırkı vəziyyəti nəzərə alaraq kompromis qərarlar üçün imkan görmədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO