Hörmüz boğazının açılması ilə bağlı rəsmi Tehrandan yeni təklif

Hörmüz boğazının açılması ilə bağlı rəsmi Tehrandan yeni təklif

Hazırda oxunan: Hörmüz boğazının açılması ilə bağlı rəsmi Tehrandan yeni təklif

629185

The Wall Street Journal qəzetinin məlumatına görə, İran Hörmüz boğazından kommersiya gəmiçiliyinin bərpası məqsədilə yeni müvəqqəti dəniz marşrutunun yaradılması barədə Oman və digər regional vasitəçilərlə danışıqlar aparıb.

Bizim.Media xəbər verir ki, məlumata əsasən, təklif olunan marşrut üzrə Fars körfəzinə daxil olan gəmilər İranın ərazi sularından keçəcək, daha sonra isə heç bir ödəniş tələb olunmadan Oman sularına çıxacaqlar.

Qəzet yazır ki, İran hakimiyyəti ilkin mərhələdə təşəbbüsə müsbət yanaşıb. Lakin sonradan Tehran bu planın həyata keçirilməsi üçün İran ərazisinə hücumların yenidən başlanmayacağına və ölkəyə tətbiq olunan neft sanksiyalarının ləğv ediləcəyinə dair zəmanət istəyib.

WSJ-nin məlumatına görə, vasitəçilər hazırda bu təkliflə bağlı İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yekun mövqeyini gözləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO