Psixiatr Roulens gecə növbəsində işləməyin insan sağlamlığı üçün ciddi risklər yaratdığını bildirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, geniş epidemioloji araşdırmalar gecə və növbəli iş rejimində çalışan insanların ömrünün orta hesabla 15 il daha qısa olduğunu göstərir.
Roulens qeyd edib ki, bu insanlarda müxtəlif növ onkoloji xəstəliklərin yaranma riski əhəmiyyətli dərəcədə artır. O vurğulayıb ki, söhbət yalnız bir xərçəng növündən deyil, müxtəlif onkoloji xəstəliklərdən gedir.
Psixiatr əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı növbəli iş rejimini ikinci dərəcəli kanserogen amil kimi qiymətləndirir. Onun fikrincə, bunun əsas səbəbi insan orqanizminin bioloji ritmlərinə, təkamül və genetik proqramına zidd həyat tərzidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:15 / 30.07.2026
İDDİA: Gecə növbəsində işləmək ömrü 15 il azaldır - VİDEO
Hazırda oxunan: İDDİA: Gecə növbəsində işləmək ömrü 15 il azaldır - VİDEO
Hazırda oxunan: İDDİA: Gecə növbəsində işləmək ömrü 15 il azaldır - VİDEO
628348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































