İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

Hazırda oxunan: İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

627706

İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetini ABŞ-ın İsrail ordusunun Qəzza zolağı, Suriya və Livandan çıxarılmasında israrlı olması barədə məlumatlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Channel 13 telekanalı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
 

Mənbənin sözlərinə görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hər üç istiqamətdə mərhələli şəkildə geri çəkilməsini istəyir. Bunun tam, yoxsa qismən çıxarılmanı nəzərdə tutduğu isə açıqlanmayıb.


Məlumata görə, Netanyahu ABŞ-ın bu mövqeyi ilə razılaşmadığını bildirib və geri çəkilməyə qarşı çıxacağını vurğulayıb.

“Mən onlara yox deyəcəyəm”, – deyə İsrailin baş naziri Nazirlər Kabinetinin üzvlərinə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO