Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

Hazırda oxunan: Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

623732

Rusiya qüvvələri Dnepropetrovsk vilayətinə qarşı genişmiqyaslı hücumlarını davam etdirir. Ötən gecədən bu səhərə qədər bölgəyə onlarla raket, PUA və artilleriya zərbəsi endirilib.

Bizim.Media xəbər verir ki, hücumlar nəticəsində mülki infrastruktur və yaşayış məntəqələri ciddi ziyan görüb.

İlkin məlumatlara görə, düşmənin əsas hədəfləri arasında yanacaqdoldurma məntəqələri (YDM), texniki xidmət mərkəzləri, kənd təsərrüfatı texnikasının saxlandığı anbarlar və çoxmərtəbəli yaşayış binaları olub.
 

Hücumun ən ağır nəticələrindən biri Krivoy Roq şəhərində qeydə alınıb. Şəhərdəki "Yeni Poçta" (Nova Poshta) terminalına edilən hücum nəticəsində obyekt tamamilə yanaraq yararsız hala düşüb.


Bölgədə xilasetmə və yanğınsöndürmə işləri davam etdirilir. İtkilər və dağıntıların dəqiq miqyası barədə məlumatlar dəqiqləşdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO