Sankt-Peterburqda 54 yaşlı azərbaycanlı yazıçı, Yazıçılar İttifaqının üzvü və sənətşünas İradə Tofik qızı Berq (Vovnenko) vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Sankt-Peterburq Mədəniyyət Komitəsi yayıb.
İradə Berq sənətşünas kimi Əfsanəvi Kəhrəba otağının bərpası layihəsində iştirak edib.
O, 2006-cı ildə uşaqlar üçün ilk kitabı olan "Sehrli kaleidoskop. Petyanın Tarix ölkəsinə səyahəti"ni yazıb.
İradə Berq həmçinin İsaak kilsəsinin fəaliyyətində yaxından iştirak edib və 2013-cü ildən etibarən "İsaak kilsəsi" Dövlət Muzey-Abidəsinin xarici əlaqələr və mədəniyyət layihələri şöbəsinə rəhbərlik edib.


Bizim.Media




































































































