Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?

Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?

Hazırda oxunan: Ankarada NATO Zirvəsi: Gündəmdə hansı məsələlər var?

623417

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran 7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Zirvəsinin əsas mövzularını açıqlayıb.

Bizim.Media xəbər verir ki. liderlər Avroatlantik məkana qarşı mövcud olan təhdidləri, riskləri və çağırışları strateji səviyyədə müzakirə edəcəklər.

İttifaqın çəkindirmə və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə müdafiə xərclərinin artırılması istiqamətində atılan addımlar qiymətləndiriləcək.

Ukraynadakı mövcud vəziyyət və NATO-nun cənub cinahındakı təhlükəsizlik dinamikası sammitin prioritet mövzuları sırasındadır.
 

Bürhanəddin Duran vurğulayıb ki, bu sammit sadəcə ev sahibliyi deyil, həm də Türkiyənin NATO daxilindəki artan təsirini və müdafiə sənayesi imkanlarını dünyaya nümayiş etdirmək üçün strateji bir platformadır.


Sammit çərçivəsində iyulun 7-də Prezident Kompleksində liderlər və onların həyat yoldaşları üçün rəsmi qəbul keçiriləcək, iyulun 8-də isə Şimali Atlantika Şurası dövlət və hökumət başçıları səviyyəsində toplanacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakçı dövlət rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO