Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Hazırda oxunan: Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

623248

ABŞ-ın Atlanta şəhərində bir qadın metroya minmək üçün tələb olunan 2,5 dollarlıq gediş haqqını ödəməmək məqsədilə yeni quraşdırılmış şüşə keçid baryerini sındırıb.
 
Bizim.Media xəbər verir ki, hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə qadının şüşə baryerə çırpılaraq onu qırdığı, daha sonra isə platformaya doğru hərəkət etdiyi əks olunub.
 

Məlumata görə, Atlanta metrosunda qanunsuz keçidlərin qarşısını almaq üçün quraşdırılan yeni şüşə baryerlərə ümumilikdə 130 milyon dollar xərclənib. Hadisədən sonra sosial şəbəkələrdə baryerlərin möhkəmliyi də müzakirə mövzusuna çevrilib.


Metro polisi qadının saxlanıldığını, yeni baryerlərin qəsdən zədələnməsinin isə ciddi cinayət məsuliyyəti yarada biləcəyini açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO