“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

Hazırda oxunan: “iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

623090

Yeni sızdırılan məlumatlara görə, “Apple” 2026-cı ildə təqdim etməyi planlaşdırdığı “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində kamera sistemini əhəmiyyətli dərəcədə yeniləməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, məlumata görə, cihazların arxa kamera bloku daha qalın olacaq və obyektivlərin ölçüsü də əvvəlki nəsillərlə müqayisədə böyüyəcək.
 

İddialara əsasən, əsas kamera daha böyük sensor və yeni optik sistemlə təchiz ediləcək. Bu dəyişikliklər sayəsində zəif işıq şəraitində daha keyfiyyətli foto və videolar çəkmək, həmçinin ümumi görüntü keyfiyyətini artırmaq mümkün olacaq.


Hazırda bu məlumatlar yalnız sızmalara əsaslanır və Apple tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Şirkətin “iPhone 18” seriyasını 2026-cı ilin sentyabrında təqdim edəcəyi gözlənilir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO