Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Hazırda oxunan: Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

622772

Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes zəlzələ qurbanlarının xatirəsinə ölkədə yeddi günlük milli matəm elan edib.

Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Qurbanların xatirəsinə hörmət əlaməti olaraq, bu gün saat 18:00-dan etibarən yeddi gün müddətinə milli matəm elan etmək qərarına gəldim", - deyə səlahiyyətli prezident yazıb.
 

Rodriqes əlavə edib ki, Venesuela təbii fəlakət qurbanlarının kədərini bölüşür. Siyasətçi həyatını itirənlərin ailələrinə başsağlığı verib, həmçinin bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.


Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada 7,2 və 7,5 bal gücündə zəlzələ olub. Təbiət fəlakəti yüzlərlə yaşayış evinin dağılmasına, infrastrukturun və xəstəxanaların ciddi zərər görməsinə, həmçinin ölkənin baş aeroportunun bağlanmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO