Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Hazırda oxunan: Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

622769

Venesuelada baş vermiş zəlzələlər nəticəsində həyatını itirənlərin sayısı 2295-ə yüksəlib, daha 11267 insan isə xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə brifinq zamanı Milli Assambleyanın spikeri Xorxe Rodriqes "VTV" telekanalına açıqlamasında deyib.

"Bu günə olan məlumata görə, 11267 yaralı var", - deyə o bildirib.
 

Onun sözlərinə görə, evsiz qalanların sayı 12841 nəfərə çatıb. Yaralananlar, psixoloji travmalar, eləcə də mənzillərin itirilməsi və ya ciddi ziyan görməsi də daxil olmaqla, təbii fəlakətin müxtəlif fəsadları ümumilikdə 26403 insana təsir edib.


Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada 7,2 və 7,5 bal gücündə zəlzələ olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO