Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Hazırda oxunan: Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

622431

ABŞ-ın Alabama ştatında, sevgilisini boğaraq öldürən şəxs onun cəsədini meşəlik ərazidə gizlətməyə çalışarkən elə hadisə yerindəcə ürəktutmasından ölüb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı Cessika Folds (Jessica Folds) və onun sevgilisi, 44 yaşlı Daniel Robbinsin (Daniel Robbins) cəsədləri Lanett şəhərinin yaxınlığındakı meşəlik ərazidə yol kənarındakı kolların arasında bir-birinin yanında tapılıb.

Aparılan autopsiya (meyidin yarılması) nəticələri Cessika Foldsun boğularaq qətlə yetirildiyini sübut edib. İstintaq qrupunun gəldiyi yekun rəyə əsasən, Daniel Robbins sevgilisini naməlum səbəbdən öldürdükdən sonra izi itirmək üçün onun cəsədini meşəyə daşıyıb. Lakin elə bu proses zamanı o, qəfil və ölümcül ürəktutması keçirib.

Qatilin keçmiş həyat yoldaşı da müstəntiqlərə onun əvvəllər də ciddi ürək xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib.

Hazırda Alabama Hüquq-Mühafizə Orqanları Agentliyi, yerli şerif ofisi və FTB (Federal Təhqiqat Bürosu) ilə birlikdə hadisənin tam təfərrüatlarını araşdırmağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO