Venesuelada güclü ZƏLZƏLƏ oldu

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Hazırda oxunan: Venesuelada güclü ZƏLZƏLƏ oldu

622210

Venesuelada son baş verən yeraltı təkanlardan ən çox zərər çəkmiş La-Quayra ştatında 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Zəlzələ La-Quayra şəhərindən 10 kilometr aralıda və Nayquatadan 11 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 2.9 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
 

Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.


Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Bundan sonra 512 afterşok baş verib. Venesuela hakimiyyətinin son məlumatlarına görə, ölənlərin sayı 1 450-yə çatıb, xəstəxanalarda xəsarət almış 3,2 mindən çox insan var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO