Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Hazırda oxunan: Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

621777

Finlandiya Prezidenti Aleksandr Stubb nüvə enerjisi haqqında qanuna və cinayət məcəlləsinə edilən düzəlişləri təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, hökumət tərəfindən dərc olunan sənədə əsasən, bu düzəlişlərlə ölkə ərazisinə nüvə silahının gətirilməsi, istehsalı, saxlanılması və istifadəsinə qoyulan qadağa ləğv edilir. 

Finlandiya parlamenti sözügedən düzəlişləri iyunun 17-də bəyənmişdi.

Sənəddədeyilir ki, Respublika prezidenti təklifi təsdiqləyib. 

Bununla belə, hökumət rəsmiləri Finlandiyanın dinc dövrdə öz ərazisində kütləvi qırğın silahı olan nüvə silahı yerləşdirmək niyyətində olmadığına zəmanət verib. Ölkənin müdafiə naziri Antti Hyakkanen düzəlişlərin iyulun 1-dən qüvvəyə minəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO