İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Hazırda oxunan: İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

621619

İsrail Müdafiə Ordusu (SAXAL) dövlət başçısı İshak Hersoqun göyərtəsində olduğu hərbi helikopterin qəza enişi etdiyini bəyan edib. Hadisəyə uçuş zamanı hava gəmisinin quş dəstəsi ilə toqquşması səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, helikopter prezidentin Qüdsdəki Hercl dağında keçirilən anım tədbirlərində iştirakından sonra ölkənin şimalına doğru istiqamət götürüb.

Quşların hava gəmisinin sistemlərinə daxil olmasından sonra heyət "Palmahim" aviabazasında eniş etmək qərarına gəlib.

"Helikopterin quşlarla toqquşmasından sonra göyərtədə nasazlıqlar yaranıb, lakin pilot Təl-Əviv yaxınlığındakı İsrailin “Palmahim” aviabazasında təcili eniş edə bilib", - deyə məlumatda bildirilir.

Hərbi idarədən qeyd ediblər ki, hadisə nəticəsində xəsarət alan olmayıb və texnikaya ciddi ziyan dəyməyib.

Enişdən sonra prezident və onu müşayiət edən şəxslər başqa bir borta əyləşərək qrafikə uyğun yollarına uğurla davam ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO