Rusiyanın Kurqan şəhərində Trans-Ural azərbaycanlılarının tanınmış ictimai xadimi, Trans-Ural azərbaycanlıları Birliyinin keçmiş sədri Ərşad Cuvarlinski 70 yaşında vəfat edib.
Yaxınlarının sözlərinə görə, Ərşad Cuvarlinski uzun sürən xəstəlikdən sonra iyunun 20-də dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, vida mərasiminin nə vaxt və harada keçiriləcəyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, o, 2003–2007-ci illərdə "Araz" Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edib.
Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri vəzifəsini icra edib.
Mərhum, həmçinin 2002–2024-cü illər ərzində, ümumilikdə 22 il Trans-Uraldakı Azərbaycan diasporuna rəhbərlik edib./lent.az
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:50 / 23.06.2026
Azərbaycanlı keçmiş diaspor lideri VƏFAT ETDİ
Hazırda oxunan: Azərbaycanlı keçmiş diaspor lideri VƏFAT ETDİ
Hazırda oxunan: Azərbaycanlı keçmiş diaspor lideri VƏFAT ETDİ
621051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































