Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

Hazırda oxunan: Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

620793

Rusiya Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbələr Ukraynada aparılan hərbi əməliyyatların hazırkı gedişatından ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin plan üzrə getmədiyini bildiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın insayd xəbərləri ilə tanınan "Kremlevskaya tabakerka" teleqram kanalı nazirlikdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.
 

"22 iyun tariximiz üçün kədərli bir tarixdir – Böyük Vətən Müharibəsinin başladığı gündür. Lakin bugünkü hərbi əməliyyatların (SVO) daha uzun çəkməsi və tamamilə yanlış istiqamətə getməsi bu günü daha da kədərli edir. Hazırda Krım üzərində nəzarətin itirilməsi real təhlükəsi mövcuddur. Əgər yarımada materik hissədən tamamilə qopardılsa, biz nə edə bilərik? Belə bir ssenaridə hazırkı yanacaq problemləri sadəcə xırda bir detala çevriləcək. Krımdakı ordunu necə qidalandıracağıq, onu necə təchiz edəcəyik?", – deyə nazirlikdəki yüksək rütbəli mənbələrdən biri həyəcan təbili çalıb.


Mənbə qeyd edib ki, bu reallıqları qəsdən açıq şəkildə dilə gətirir ki, Kremldə oxuyub ölkə rəhbərliyinə çatdırsınlar:

"Çünki Baş Qərargah rəisi Valeri Gerasimovun rəsmi hesabatları ucbatından Krımdakı və cəbhənin bir sıra digər sahələrindəki real vəziyyət barədə doğru məlumatlar Vladimir Putinə gedib çatmır".

Müdafiə Nazirliyindəki digər bir mənbə isə vəziyyəti daha kəskin xarakterizə edib:

"Biz heç bir müaliğəsiz Krımı itiririk. Ya bu prosesi tamamilə bitirmək, ya da köklü şəkildə nəyisə dəyişmək lazımdır".

Kanalın yaydığı məlumata görə, bu bəyanatları verən hərbçilər Rusiyanın maraqlarını müdafiə edən və real vəziyyətdən çıxış yolu axtaran şəxslərdir. Kremldəki mənbələr isə bu narahatlıqların ən yüksək səviyyədə eşidilməsi üçün səy göstərəcəklərinə söz veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO