Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

Hazırda oxunan: Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

620683

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun son bəyanatlarına kəskin cavab verib və rəsmi Minskdən Rusiya ordusunun hava zərbələrinə göstərdiyi texniki dəstəyi dərhal dayandırmağı tələb edib.

Bizim.Media xəbər verir ki, Ukraynanın TSN telekanalına müsahibə verən Zelenski artıq Minskin müharibədə "iştirak etməmək" barədə bəyanatlarının heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb.
 

Ukrayna liderinin sözlərinə görə, Belarusun səmimiliyini sübut edəcək ilk real addım, Rusiya PUA-larının (dronlarının) idarə edilməsi və istiqamətləndirilməsi üçün istifadə olunan xüsusi siqnal ötürücülərinin söndürülməsi olmalıdır. Ukrayna tərəfi iddia edir ki, Belarus ərazisindəki bu texniki infrastruktur birbaşa Ukrayna şəhərlərinə edilən hücumları koordinasiya edir.


«Özünün “üzr istəyirəm” sözünü özünə saxlasın. Bu, müharibənin ilk günündən sonra artıq işə yaramır», — deyə Zelenski Lukaşenkonun diplomatik manevrlərinə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Kiyev mütəmadi olaraq Belarusu öz hava məkanını və hərbi infrastrukturunu Rusiya Silahlı Qüvvələrinin istifadəsinə verməkdə ittiham edir və bunu müharibədə birbaşa şərikliyin bariz nümunəsi kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO