2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Hazırda oxunan: 2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

620569

ABŞ Federal Aviasiya İdarəsi (FAA) şənbə günü səhər saatlarında Bostonun Loqan beynəlxalq hava limanında iki kommersiya reysinin toqquşma təhlükəsi ilə üzləşdiyi insidenti araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.

FAA-nın məlumatlarına və uçuş jurnallarına əsasən, "Delta Air Lines" aviaşirkətinə məxsus Dallasdan gələn sərnişin təyyarəsi, kəsişən uçuş-eniş zolağından havaya qalxan "American Airlines" təyyarəsi ilə toqquşmadan qaçmaq üçün enişdən imtina edərək yenidən dövrə vurmaq (ikinci dövrəyə getmək) məcburiyyətində qalıb.
 

Aviaşirkət nümayəndəsinin bildirdiyinə görə, "Delta"nın 2351 nömrəli reysinin heyəti qəzadan yayınmaq üçün hava hərəkətini idarəetmə xidməti (aviadispetçerlər) ilə koordinasiyalı şəkildə təhlükəsizlik manevrini yerinə yetirib. Göyərtəsində 129 sərnişin və 6 heyət üzvü olan təyyarə daha sonra uğurla və ştat rejimində hava limanına eniş edib.


FAA-dan verilən izahata görə, təyyarənin eniş trayektoriyasından çıxaraq ikinci dövrəyə getməsi pilotun və ya aviadispetçerlərin qərarı ilə icra olunan təhlükəsiz və rutin (mütəmadi) bir prosedurdur.

Qeyd edək ki, son günlərdə ABŞ-də oxşar aviasiya hadisələrinin tez-tez təkrarlanması fonunda bu insidentə xüsusi diqqət ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO