Rusiya ərazisi növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinin kütləvi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumuna məruz qalıb. Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, ölkənin bir çox regionu üzərində irigümanlı hava hücumundan müdafiə (HHM) əməliyyatları keçirilib.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, hücum dalğası iyunun 13-ü Moskva vaxtı ilə saat 20:00-dan iyunun 14-ü səhər saat 07:00-a qədər davam edib.
Nazirliyin bəyanatında deyilir:
"Gecə ərzində HHM növbətçi vasitələri ilə Rusiya regionları üzərində Ukraynaya məxsus təyyarə tipli 249 pilotsuz uçuş aparatı aşkarlanaraq qarşısı alınıb və məhv edilib".
Rəsmi məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kursk, Voronej, Oryol, Tula, Kaluqa, Rostov, Ryazan, Vladimir, Həştərxan, Tver, Yaroslavl, Kostroma vilayətləri, həmçinin Krım Respublikası və Azov dənizi akvatoriyası səmaları üzərində zərərsizləşdirilib. Hadisə nəticəsində dağıntı və xəsarət alanlar barədə hələlik ətraflı məlumat verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:36 / 14.06.2026
Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib
Hazırda oxunan: Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib
Hazırda oxunan: Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib
619181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































