Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Hazırda oxunan: Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

619180

Rusiyanın Sankt-Peterburq şəhərində son dövrlərdə tez-tez yaşanan mobil internet kəsintiləri və rabitə problemləri fonunda turistlər üçün alternativ naviqasiya və məlumatlandırma tədbirləri görülüb. Şəhər rəhbərliyi və turizm sektoru nümayəndələri qonaqların çətinlik çəkməməsi üçün xüsusi fəaliyyət planı hazırlayıblar.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov məlumat verib.

Qubernatorun sözlərinə görə, rəqəmsal xidmətlərin işində problem yarandığı təqdirdə turistlərin şəhərdə sərbəst hərəkət edə bilməsi üçün kağız xəritələrdən istifadə olunacaq:

"Şəhər Turizm İnformasiya Bürosunun pavilyonlarında qonaqlara nəqliyyatın işi barədə məlumat veriləcək, onlara kağız xəritələr və bələdçi kitabçaları paylanacaq. Eyni zamanda, şəhərdə fəaliyyət göstərən “Ask Me” (Mənə sual ver) mobil informasiya xidmətinin əməkdaşları da küçələrdə vətəndaşlara kağız xəritələr paylayaraq sualları cavablandıracaqlar".

"Visit Petersburg" portalı "ağ siyahı"ya salınır

Beqlov həmçinin əlavə edib ki, hazırda şəhərdə turistlərin zəng edərək məlumat ala biləcəyi xüsusi kontakt-mərkəzi fəaliyyət göstərir və "Maks" messencerində çat-bot xidməti aktivdir.

Bundan başqa, Sankt-Peterburq rəhbərliyi Rusiya Rəqəmsal İnkişaf Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə şəhərin rəsmi turizm portalı olan "Visit Petersburg"un nazirliyin xüsusi "ağ siyahı"sına daxil edilməsi istənilir. Bu status portalın şəhərdə ümumi mobil internet şəbəkəsi və messencerlər bloklandığı və ya kəsildiyi zaman belə fasiləsiz işləməsini təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO