ABŞ senatoru Mark Kelli (Mark Kelly) Prezident Donald Trampın və onun yaxın ətrafının Ukraynadakı real vəziyyətlə maraqlanmamasını və öz administrasiyasından heç kimi ora göndərmək istəməməsini kəskin tənqid edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, senator Trampın komandasının Ukraynaya qarşı biganə yanaşdığını vurğulayıb.
Kelli Vaşinqtonun yüksəkçinli rəsmilərinin Kiyevə səfər statistikasını şübhə altına alaraq deyib:
"Cey Di Vens (Ceyms Devid Vens) və Marko Rubionun neçə dəfə Ukraynada olduğunu saymağa çalışın. Bilirsiniz, demək olar ki, əminəm ki, cavab sıfırdır. Eyni şey Donald Trampa da aid edir. O, Ukraynada olubmu? Xeyr. Tramp Rusiya Prezidenti Vladimir Putini ABŞ-a dəvət edib, lakin indiyə qədər öz administrasiyasından yüksək hökumət səviyyəsində heç kimi Ukraynadakı vəziyyəti yerindəcə görmək üçün ora göndərməyi bacarmayıb".
Senator həmçinin Trampın digər yaxın müşavirlərinin də regiona səfər etmədiyini iddia edib:
"Cared Kuşner və Stiv Uitkoff Ukraynaya gediblərmi? Mən bunu bilmirəm. Hesab edirəm ki, kimsə bunu yoxlamalıdır, çünki mənə görə cavab “Xeyr, getməyiblər” olacaq".
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:46 / 14.06.2026
Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO
Hazırda oxunan: Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO
Hazırda oxunan: Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO
619172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































