İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək

Hazırda oxunan: İsveçrədə sabah qeyri-adi referendum keçiriləcək
619116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah İsveçrədə əhalinin sayının məhdudlaşdırılması ilə bağlı mühüm referendum keçiriləcək.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük siyasi qüvvələrindən biri olan İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülən "10 milyondan çox əhalisi olmayan İsveçrə! / Dayanıqlılıq təşəbbüsü" adlı layihə respublikanın demoqrafik gələcəyini müəyyənləşdirməyi hədəfləyir.
 

Hazırda ölkə əhalisi təxminən 9,1 milyon nəfərdir. SVP nümayəndələri qeyd edirlər ki, 2002-ci ildən, yəni Avropa İttifaqı ilə sərbəst hərəkət haqqında saziş qüvvəyə mindikdən sonra miqrasiya axını nəticəsində əhali 1,7 milyon nəfər artıb.


Təşəbbüsün əsas məğzi ondan ibarətdir ki, əhalinin sayı 9,5 milyona çatdığı təqdirdə, hökumət və parlament miqrasiyanı azaltmaq üçün təcili tədbirlər görməlidir. Bu tədbirlərə, ilk növbədə, sığınacaq hüququ və ailə birləşməsi qaydalarının sərtləşdirilməsi daxildir.

Təşəbbüsün məqsədi 2050-ci ilə qədər ölkədə daimi yaşayanların sayını 10 milyonluq həddin altında saxlamaqdır. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO