Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

Hazırda oxunan: Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

618970

ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İslamabadın fəal vasitəçilik səyləri fonunda sülh prosesinin pozulmasında maraqlı olan qüvvələr tərəfindən əsassız məlumatların yayılması davam edir:

"Bu cür cəhdlərə baxmayaraq, tərəflər sənədin yekun mətnini razılaşdıra biliblər. Əsassız məlumatlarla bağlı bütün səs-küyü bir kənara qoysaq, sülh sazişinin yekun razılaşdırılmış mətninin artıq hazır olduğunu təsdiqləyə bilərik. Hazırda Pakistan sonrakı addımlar üzərində hər iki tərəflə sıx işləyir".

Ş.Şərif həmçinin yaxın vaxtlarda razılığın əldə olunacağına inandığını bildirib:

"Sülh hələ heç vaxt indiki qədər yaxın olmamışdı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO