Kim Çen Inın bacısı onları hədələdi

Kim Çen Inın bacısı onları hədələdi

Hazırda oxunan: Kim Çen Inın bacısı onları hədələdi

617675

Şimali Koreya nüvə silahına malik dövlət statusundan heç vaxt imtina etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı Kim Yo Conq bəyan edib. Onun sözlərini Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) yayıb.

"Biz ölkənin müdafiəsi və suverenliyi məsələsində zərrə qədər də güzəştə getməyəcəyik. Xarici qüvvələrin ümidləri və ya ritorikası reallığı heç cür dəyişməyəcək... Nüvə silahı gücə pərəstiş edən şəxslərlə mübahisədə ən güclü məntiqdir", — deyə o bildirib.
 

Kim Yo Conqun sözlərinə görə, KXDR-in başqalarının sərhədləri yaxınlığında "hərbi gəmilər və təyyarələrlə güc nümayiş etdirməyi xoşlayan xuliqanların" təhdidlərindən özünü müdafiə etmək hüququ var. O əlavə edib ki, ölkənin Konstitusiyada təsbit olunmuş nüvə qüvvələri "hakimiyyətin və müdafiənin sütunudur" və KXDR-in maraqlarının qorunması xarici qüvvələrdən asılı deyil.


Şimali Koreya liderinin bacısı bu bəyanatla ABŞ Dövlət Departamentinin may ayında keçirilən Çin-Amerika sammitində tərəflərin ümumi məqsədi – KXDR-in "denüvələşdirilməsi"ni təsdiqlədikləri barədə bəyanatına cavab verib. "Bu, ABŞ-ın sadəcə olaraq yalan məlumat yaymaq vərdişindən başqa bir şey deyil", — deyə o qeyd edib.

Məlumatda həmçinin bildirilir ki, Çin lideri Si Cinpin gələn həftə KXDR-ə səfər edəcək. İyunun 8-də Si Cinpin son təxminən səkkiz ildə ilk dəfə Şimali Koreyaya rəsmi səfər etmək niyyətindədir. Çin XİN-in məlumatına görə, Çin rəhbəri Kim Çen İn ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO