Kiyevdə UNİAN agentliyinin redaksiyası da zərər görüb - FOTO-VİDEO

Kiyevdə UNİAN agentliyinin redaksiyası da zərər görüb - FOTO-VİDEO

Hazırda oxunan: Kiyevdə UNİAN agentliyinin redaksiyası da zərər görüb - FOTO-VİDEO

615082

Rusiya Silahlı Qüvvələrinin Kiyevə təşkil etdiyi son kütləvi raket hücumları nəticəsində Ukraynanın aparıcı media qurumlarından olan UNİAN agentliyinin baş ofisi zədələnib.

Bizim.Media xəbər verir ki, agentliyin yaydığı məlumata görə, güclü partlayış dalğası nəticəsində redaksiya binasının və yaxınlıqdakı tikililərin pəncərələrinin bir hissəsi sınıb.

Hadisə zamanı redaksiya əməkdaşları arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Kiyevin bütün rayonlarına, xüsusilə UNİAN-ın ofisinin də yerləşdiyi Şevçenko rayonuna kütləvi ballistik raket və PUA zərbələri endirilib.

Hazırda hadisə yerində fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO