Rusiyada ölkəni Ermənistanla birləşdirəcək "Rusiya Prezidenti Vladimir Putinin yolu" adlandırılan yeni bir nəqliyyat marşrutunun yaradılması təklif olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Tədqiqat Kommunikasiyaların İnkişafı İnstitutunun direktoru Vladislav Qasumyanov "Rusiya və dünya: dialoqlar — 2026. Yeni reallıq" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"Lenta.ru"nun müxbirinin ötürdüyü məlumata görə, Qasumyanov bu təşəbbüsü belə əsaslandırıb: "Əgər Azərbaycandan Türkiyəyə uzanan bir “Tramp yolu” (ABŞ Prezidenti Donald Trampın adını daşıyan marşrut) mövcuddursa, o zaman Rusiyadan Abxaziya və Gürcüstan vasitəsilə Ermənistana keçən bir “Putin yolu” niyə olmasın?"
Xatırladaq ki, "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsi 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmalarının reallaşdırılması çərçivəsində atılan mühüm addımlardan biri kimi nəzərdən keçirilir.
TRIPP marşrutu — Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsini əhatə edir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz birbaşa nəqliyyat əlaqəsinin təmin edilməsi, eləcə də daha geniş regional miqyasda ticarətin diversifikasiyası və logistik bağlılığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:16 / 21.05.2026
TƏKLİF: Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana gedən yol “Putin yolu” adlandırılsın
Hazırda oxunan: TƏKLİF: Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana gedən yol “Putin yolu” adlandırılsın
Hazırda oxunan: TƏKLİF: Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana gedən yol “Putin yolu” adlandırılsın
614538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































