ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

Hazırda oxunan: ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

614025

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən islam mərkəzinin yaxınlığında atışma baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhər polis idarəsinin "X" sosial şəbəkə hesabında məlumat verilib. Qeyd olunub ki, əraziyə polis cəlb olunub.
 

"San-Dieqo polisi Ekstrom prospektindəki San-Dieqo İslam Mərkəzində silahlı şəxsin fəallığı barədə daxil olan məlumatla əlaqədar hadisə yerindədir", – deyə paylaşımda bildirilib.


İlkin məlumata görə, naməlum şəxs ərazidə insanları güllələyib. Yerli media polislərlə silahlı şəxs arasında atışmanın olduğunu bildirib.

Şəhərin meri Todd Qloriya da öz növbəsində qeyd edib ki, fövqəladə hallar xidmətləri hadisə yerindədir, onlar icmanın qorunması və ərazinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəal iş aparırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO