Filippində süni intellekt tərəfindən idarə olunacağı deyilən “Sensay adası” adlı mikro dövlət layihəsi təqdim olunub.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Layihənin müəllifi texnologiya sahibkarı Dan Tomsondur.
İndiyədək təxminən 12 min nəfər adanın “vətəndaşı” olmaq üçün maraq göstərib. Layihə əsasən texnologiya həvəskarları və işləməkdən yorulan şəxslər üçün nəzərdə tutulub.
Bildirilir ki, adada qərarlar süni intellekt şurası tərəfindən qiymətləndiriləcək və səsə qoyulacaq, icrası isə insanların üzərinə düşəcək. Hazırda ada daha çox eksperimental layihə hesab olunur və ərazidə daimi yaşayış yoxdur.
Gələcəkdə burada villaların tikilməsi və rəqəmsal icmanın yaradılması planlaşdırılır. Ancaq layihənin rəsmi dövlət kimi tanınması gözlənilmir. Bəzi ekspertlər isə süni intellektin idarəetmədə tam etibarlı olmayacağını deyərək layihəyə narazılıqlarını bildirirlər.

Bizim.Media






































































































